"Legal Project Management" Təlimləri

“Legal Project Management” nədir?

LPM - layihə idarə olunması prinsiplərindən və praktikasından istifadə etməklə, peşəkar səviyyədə hüquqi xidmətlərin həyata  keçirilməsini nəzərdə tutan təlimlər toplusudur. Başqa sözlə, LPM bütün hüquqi prosseslərə layihə rəhbəri prizmasından baxmaq deməkdir. LPM sertifikasıyasına sahib hər bir hüquqşünas, istənilən biznes layihəni və ya problemi layihə rəhbəri kimi idarə etmək, bütün hüquqi prosedurları ardıcıl və operativ həyata keçirmək bacarıqlarına yiyələnir. IILPM dünyanın 45 ölkəsindəki hüquqşünaslara 14 təlim mərkəzi vasitəsilə müxtəlif səviyyəli təlimlər həyata keçirməkdədir. IILPM-in Avstraliya, Amerika Birləşmiş Ştatları, Belçika, Kanada, Almaniya, Meksika, İspaniya, Portuqaliya, Rusiya, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərində akkreditasiya almış təlim mərkəzləri fəaliyyət göstərir. Regionumuzda ilk dəfə bu statusa "Tarafdash Consulting" MMC sahib olmuşdur. Bundan əlavə olaraq, Tarafdash Consulting LPM təlimlərini Azərbaycanla yanaşı Türkiyə və Gürcüstanda da tədris etmək hüququna sahibdir.

3

LPM hansı modulları əhatə edir?

  • Layihələrin idarə olunması prinsiplərinin əhatə etdiyi sahə və metodlar
  • Texnoloji yeniliklərdən istifadəni hüquqi prosedurlarla tənzimləmək bacarıqlarını (süni intellekt, proqramlaşdırma və s.)
  • Hüquqi prosedurun inkişafı və layihə proseslərinin effektiv ardıcıllığı
  • Liderlik və hüquqi davranış qaydalarının inkişafı

 

LPM sertifikasiyası hansı dərəcələri əhatə edir?

  • Legal Project Associate
  • Legal Project Practitioner
  • Legal Process Improvement Professional
  • Diploma of Project Management

LPM təlimlərində hansı təlim vəsaitlərindən istifadə olunacaq?

Təlim materialları əsasən IILPM-in Beynəlxalq Elmi Şurası tərəfindən hazırlanır və təsdiqlənir. Lakin, tədris olunacaq materiallarda təlimə cəlb edilən ölkə vətəndaşlarının yerli qanunvericiliyi də nəzərə alınır. Bu materiallar Beynəlxalq Akkreditasiya almış yerli hüquq şirkətlərinin hüquqşünaslarının iştirakı ilə hazırlanır. Bundan əlavə olaraq təlim müddətində aşağıdakı kitablardan istifadə olunur:

  • Innovations in Legal Project Management, Aileen Leventon
  • The Lawyer’s Guide to Legal Project Management, Edward Boves
  • Implementing Legal Project Management: The Legal Professional’s Guide to Success
  • Legal Project Management Field Guide: Five Tools for Busy Professionals
postgallery-2
4

LPM təlimlərinin müddəti nə qədərdir?

Təlimlərin müddəti təlimə cəlb olunan tələbənin hüquqi savadından və yiyələnmək istədiyi dərəcədən asılıdır. Adətən, təlimlər ilkin səviyyələr üçün 3-7 gün, yuxarı səviyyələr üçün isə 2-4 həftə arasında tədris olunur.

 

LPM təlimləri hansı dildə tədris olunur?

Baxmayaraq ki, LPM təlimləri qlobal səviyyədə İngilis dilində tədris olunur, Tarafdash Consulting şirkəti təlimlərin əsas hissəsini Azərbaycan dilində tədris edəcəkdir. Bundan əlavə olaraq, LPM təlimlərində iştirak edən tələbələr beynəlxalq dərəcəli sertifikat almaq üçün müvafiq dərəcə imtahanından keçməlidirlər.